Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    ABŞ Helskinki komissiyasının sədri Uiker:“Azərbaycana qarşı sanksiya tətbiqinə çağırış etməmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezident Elçibəyin eks-müşaviri, məşhur şoumen Kamran Həsənli:“Elçibəy məni çox istəyirdi…” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

23 İyun 2018
22 İyun 2018

Digər Xəbərlər

14 Noyabr 2017 - 02:03

Avropa Məhkəməsi İlqar Məmmədovun işi üzrə ikinci qərarını elan edəcək –Hakimiyyətdən onu azad etmək tələb olunur

Noyabrın 16-da Avropa Məhkəməsində “İlqar Məmmədov Azərbaycana qarşı” ikinci işi üzrə hökmün veriləcəyi gözlənilir.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı Azadlıq Radiosu Avropa Şurasına istinadla yayıb.

Avropa Məhkəməsinin bundan əvvəlki – 2014-cü ildə verilmiş birinci hökmündə REAL hərəkatının lideri İlqar Məmmədovun hökumətə qarşı tənqidlərinin susdurulması məqsədilə qanunsuz həbs və məhkum edildiyi bildirilirdi.

Bu hökmə görə, İlqar Məmmədov həbsxanadan dərhal və qeyd-şərtsiz azad edilməli idi.

Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qərarını yerinə yetirməkdən indiyədək imtina edir.

Bununla əlaqədar Avropa Şurası Azərbaycana onun barəsində misli görünməmiş addım atılacağını bəyan etmişdi.

Avropa Şurasının verdiyi xəbərə görə, Nazirlər Kabinetinin noyabrın 13-də keçirilən iclasında işin Avropa İnsan Haqları Məhkəməsinə qaytarılmasının mümkünküyü məsələsinə baxılıb. Hazırda məhkəmə qərarının Azərbaycan tərəfindən icra edilməməsinin Konvensiyanın pozulması olduğuna dair məsələyə baxılır.

Nazirlər Kabineti noyabrın 13-də qəbul etdiyi keçid qətnaməsi ilə Azərbaycan hökumətinə öz mövqeyini bildirməsi üçün noyabrın 29-dək vaxt verib.

Qətnamədə deyilir ki, Avropa Şurasına üzv olan ölkələr İnsan Haqları Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə borcludurlar.

 

Xatırlatma

 

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurasının baş katibi Torbörn Yaqland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.

Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır. Növbəti addımlar hələ gələ bilər.

Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.