Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

29 Noyabr 2017 - 19:35

General zalda zəhər içib özünü öldürdü: “Hökmü qəbul etmirəm” –Məhkəmədə şok hadisə + VİDEO

 

Keçmiş Yuqoslaviya ordusunun müsəlmanlara qarşı həyata keçirdikləri soyqırım faktını araşdıran Beynəlxalq Cəza Məhkəməsində (Haaqa tribunalı) bu gün keçirilən prosesdə 20 il həbs cəzasına məhkum edilən xorvatiyalı general Slobodan Praljak hökm oxunarkən gözlənilmədən elə zaldaca zəhər içərək, həyatına son verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki,  hökm açıqlanarkən ayağa qalxan və "ittihamı və hökmü qəbul etmirəm" deyən xorvat general gözlənilmədən zəhəri başına çəkib. Bundan çaşqınlığa düşən məhkəmə heyəti prosesi dərhal dayandırıblar.

Xorvatiya dövlət televiziyası hadisədən bir neçə saat sonra açıqlama yayıb. Açıqlamaya görə, keçmiş general içdiyi zəhərin təsirindən ölüb.

Öüm faktını Xorvatiyanın baş naziri Andrey Plenkoviç də təsdiq edib.

Onun zəhəri necə əldə etməsi və ya zala necə keçirməsi isə hələ ki müəmma olaraq qalır.

Xatırladaq ki, keçmiş Yuqoslaviyanın daxilində çıxan etnik zəminlik savaşda işlədikləri cinayətlər səbəbi ilə bir çox serb hərbçilər kimi, xorvat hərbçiləri də cəzalandırılıblar. Xorvat generallar 2013-cü ildə ümumilikdə 111 il həbsə məhkum ediliblər. Onların arasında olan Slobodan Praljakla yanaşı, keçmiş "Herseq Bosna” birləşməsinin rəhbərliyində təmsil olunmuş sabiq dövlət başçısı Yadranko Prliçə 25 il və müdafiə naziri Bruno Stoyiçə də 20 il həbs cəzası verilib. Onların Bosniya və Herseqovinada 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar biliniblər. Prliç və silahdaşları müsəlmanların təqibində, qətllərində və deportasiyasında, həmçinin Osmanlı imperiyası zamanında inşa olunan Mostardakı qədim körpünün dağıdılmasında ittiham olunublar.

Strateq.az