Gündəm

  • " width="300" height="266" />
    Ərdoğandan ticarətlə məşğul olanlara xəbərdarlıq:"Bunun əksinə cəhd edənlər əvəzini ödəyərlər"
  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

11 Yanvar 2018 - 18:09

Deputat ABŞ-ın qərarında səfiri günahkar bildi:"İndiyədək hər hansı əcnəbi təxribata məruz qalmayıb"

"Dünyada terrorla bağlı kriteriyalar hər hansı bir ölkənin subyektiv yanaşmaları ilə müəyyənləşmir. Orada konkret seçilmiş qaydalar var, əhalinin gəlirləri, müxtəlif təbəqələr arasındakı münasibətlər, dövlət-vətəndaş arasındakı əlaqələr, həmçinin dinlə bağlı münasibətlər, regiondakı risklər və.s amillər var. Ötən 10 illər ərzində ABŞ Azərbaycana xeyli miqdarda investisiya qoyub, Avropanın tanınmış transmilli şirkətləri bu bölgədə iş aparmağa çalışıblar. Hər zaman da vurğulanıb ki, Azərbaycan regionda sülh yaradan dövlətdir, təhlükəsizliyi təmin etməkdə aparıcı yer tutur”.

Bunu "Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc ABŞ-ın Azərbaycanı amerikalı turistlərin təhlükəsizliyi baxımından yuxarı risk olan ölkələr siyahısına daxil etməsinə münasibət bildirərkən deyib.

Z.Oruc bildirib ki, Cənubi Qafqaz regionunun geopolitikası məhz rəsmi Bakının fəaliyyəti hesabına dəyişib: "Belə olan təqdirdə, məsələyə bəsit, yəni turistlərin təhlükəsizliyi kontekstində yanaşırlar. Ötən illər ərzində Azərbaycanda bir dəfə də olsun, turistlərə təhlükə olmayıb, kimsə məqsədli olaraq hansısa əcnəbi vətəndaşı qətlə yetirməyib və yaxud ona hər hansı şəkildə önyarqılı münasibət göstərməyib. Bu bölgədə işğal reallığının hökm sürməsi terroru gücləndirən faktor kimi göstərilirsə, bu, əlahiddə olaraq Azərbaycanın siyasəti ilə əlaqədar məsələ deyil. Bu, təcavüz aktının nəticəsidir. Bunun Azərbaycan dövlətinin ayağına günah kimi yazılması qəbul edilməzdir”.

Komitə üzvü qeyd edib ki, Cənubi Qafqazda Ermənistan və Gürcüstanı təhlükəsizlik baxımından Azərbaycandan ön sıraya qoymaq absuddur: 

"Bu ölkələrdən biri, yəni Ermənistan Azərbaycana silahlı təcavüzü həyata keçirir, ölkədə də hərbi xunta rejimi hökm sürür. Bu, erməni vətəndaşlarının azadlıq və təhlükəsizliklərini təhdid edən amilə çevrilib. Gürcüstan isə hazırki vəziyyətdə sabitliyinin, dövlət kimi mövcudluğunda Azərbaycanı iqtisadi, trransmilli və.s layihələr baxımından xüsusi qeyd edir. Əgər ötən illər ərzində ABŞ terror təşkilatlarına qarşı mübarizə aparsaydı, xüsusi strateji məqsədləri güdməsəydi, Azərbaycanın da yerləşdiyi məkan daha da firavan və güvənli olardı. Azərbaycan indiyədək siyasətini reallaşdırarkən Ermənistan kimi terror təşkilatları yaradaraq onların üzərindən fəaliyyət aparmayıblar. Belə bir nümunə yoxdur. ABŞ narahatdırsa, problem olan mənbələri göstərsinlər, bizimlə bərabər həmin ünvanlara atəş açsınlar. Terroru stimullaşdıranları yaxşı tanıyırıq. Azərbaycanda xarici vətəndaşların hər biri əmin-amanlıq şəraitində yaşamaqdadır. Bu, beynəlxalq hesabatlarda da əksini tapıb. İndiyədək hər hansı əcnəbi təxribata məruz qalmayıb. Azərbaycanı təhlükəli ölkələrin sırasına qoymaq yanlışdır. Azərbaycan dövlətinin rəsmi orqanları bu məsələyə düzgün reaksiya veriblər”.

Deputat bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirini günahlanıdırıb: "Bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirliyinin də günahı olub. Çünki onlar bu işlərlə bağlı araşdırmaları, müxtəlif qurumların məxfi və açıq məlumatlarını ABŞ Dövlət Departamentinə göndərdikdən sonra belə rəylər formalaşıb. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyi ilə bu məsələni araşdıracaq. İnanmaq istəyirəm ki, problem dialoq, danışıqlar səviyyəsində aydınlaşacaq, Azərbaycan arzuolunmaz yerdən çıxarılacaq, ölkəmiz layiqli olduğu yerə daxil ediləcək. Bu məsələlər siyasi əlaqələrə də mənfi təsir göstərir. Azərbaycana gələn ABŞ-ın rəsmi şəxsləri hər zaman ölkəmizin rolunu qeyd edirlər. İndiki situasiya isə o mövqelərə ziddir. Əgər Azərbaycan təhlükəli məkandırsa, hansı səfir və ya səfir personalı ziyan çəkib? Bir daha qeyd edirəm, bu məsələdə ABŞ-ın Azərbaycandakı səfirliyinin qeyri-peşəkarlığı var, hansısa nöqtələrdə məsələlərə diqqət etməyiblər”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan amerkalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya – adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya – ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya – bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya – bu ölkəyə səyahət etməyin.