Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

14 Aprel 2018 - 13:02

PUTİNDƏN 3 DÖVLƏTİN HÜCUMUNA SƏRT ETİRAZ:"Dağıdıcı sistem tətbiq edirlər, buna seyrçi qalmaq olmaz"

Xəbər verdiyimiz kimi, ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyada bir çox strateji hədəfləri məhv edib.

Strateq.az xəbər verir ki, gecəylə Suriyaya 100-dən çox raket zərbəsi endirən bu üç dövlətin hərəkətinə Rusiya prezidenti Vladimir Putin sərt münasibət bildirib.

O deyib ki,  rus ordusu qanuni hakimiyyətə terrorla mübarizədə dəstək verir və ABŞ-ın son hücumu, əslində, terrorla mübarizədə ön sırada yer alan bir dövlətə hücumdur.

Putin 3 dövlətin Suriyaya hücumunu şiddətli şəkildə pisləyərək, bildirib ki, ABŞ bu cür hərəkətləri ilə Suriyadakı humanitar fəlakəti daha da ağırlaşdırır: “Amerika mülki əhaliyə acılar yaşadır, terrorçulara göz yumur və bütün bunlarla Suriyadan yeni qaçqın köçü yaradır. Suriyaya qarşı hazırda baş verənlər çox dağıdıcı bir sistemdir”.

Putin baş verənlərlə bağlı BMT TŞ-ni təcili toplantıya çağırıb: “Suriyada heç bir kimyəvi silah tətbiqi olmayıb. Sadəcə, onlar bu ssenarini qurub, dağıdıcı əməli törədirlər. Buna seyrçi qalmaq olmaz”.

Strateq.az