XƏBƏR LENTİ

12 Dekabr 2018

Digər Xəbərlər

16 Aprel 2018 - 12:31

Rəsmi Ankaradan Suriya açıqlaması:"Biz həm ABŞ, həm də Rusiya və İranla hərəkət edəcəyik"

 “Rəsmi Ankara Suriyadakı münaqişənin həllinə faydası olacağı təqdirdə Rusiya və İranla əməkdaşlıqdan imtina etməyəcək.”

Bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ  Fransa Prezidenti Emmanuel Makronun ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya raket zərbəsi endirməsinin Rusiya ilə Türkiyəni ayırdığına dair bəyanatına münasibət bildirərkən söyləyib.

“Siyasətimiz doğru işə xidmət edir. Buna uyğun olaraq, birlikdə hərəkət etmək niyyətində olduğumuz, haqq tərəfində olan ölkələri seçirik. Bu, Suriya üzrə siyasətimizin maraqlarına xidmət edərsə, biz həm ABŞ, həm də Rusiya və İranla hərəkət edəcəyik”, – B.Bozdağ deyib/Report.