XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

12 İyun 2018 - 17:35

Spikerdən Siyavuş Novruzova təpki:"Koroğlu qaçaq olmayıb, etnoslarımıza sataşmayın!”

“Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yol ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O vurğulaylıb ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin abidəsini isə yolun ortasında yerləşdiriblər: “Bu, düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”.

O.Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb: “Etnoslarımıza sataşmayın!”.

Report