Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

12 İyun 2018 - 19:25

Prezident İlham Əliyev TANAP-ın açılış mərasimində:"TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir"

“TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Hörmətli prezidentlər, xanımlar və cənablar.

İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrildi”.

İlham Əliyev bildirib ki, Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir: “Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz bizim birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bu qədər bir-birini dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, həm bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli faktordur”.

Prezident deyib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: “TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir”.

Prezident bildirib ki, TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsinə dəstək göstərir. TANAP 7 ölkəni və bir çox şirkətləri birləşdirir. Bütün tərəflərə təşəkkür edirəm ki, qısamüddətdə bu işi yüksəkkeyfiyyətlə görə bildilər. Əgər 2000-ci illərin əvvəllərində yalnız Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı mövcud idisə, hazırda əməkdaşlıq edən ölkələrin sayı 7-dir. Gələcəkdə daha 3 ölkə bu əməkdaşlığa qoşulacaq. Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq”.