Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

21 Avqust 2018
20 Avqust 2018

Digər Xəbərlər

12 İyun 2018 - 20:11

“O, GÖZƏL İNSANDIR, BİZ TEZ DİL TAPDIQ” –Tramp Şimali Koreya liderini bərk təriflədi

 

“Amerikanın səsi” radiostansiyasının əməkdaşı Greta Van Susteren iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampdan müsahibə alıb. Müsahibə Trampla Şimali Koreya lideri Kim Çen In arasındakı tarixi sammitdən sonra baş tutub.

Strateq.az müsahibəni qısa ixtisarla təqdim edir:

 

– Kim Çen In sizi təəccübləndirdimi?

–  O, doğrudan da, gözəl insandır. Baməzədir, çox ağıllıdır, çox yaxşı danışıq aparandır. Xalqını sevir, bundan təəccübləndiyimi deməzdim, ancaq o, xalqını sevir. Düşünürəm ki, əla bir razılaşmanın başlanğıcındayıq. Şimali Koreyanı nüvəsizləşdirəcəyik. Bu, dərhal başlayacaq, bir sıra başqa şeylər də baş verir, Koreya müharibəsində həlak olmuş ABŞ əsgərlərinin qalıqlarının geri alınması da buraya daxildir. Siz daha çox Şimali Koreyayla maraqlanırsınız, ancaq Greta, qalıqların geri alınması bir çoxları üçün vacibdir. Onlar mənə zəng edir, məktublarında yazırdılar ki, “Bunu edə bilərsinizmi?” və o, bunu etməyə razılaşdı, müharibədə minlərlə adam həlak olub, buna görə də böyük razılaşmadır.

– Beləliklə, bu gün insan haqları məsələsini masanın üstünə qoydunuz və o, necə reaksiya verdi?

– Çox yaxşı. Biz vaxtın 90 faizini nüvəsizləşdirmə barədə danışırdıq, ancaq bir çox məsələlərə də toxunduq, insan haqlarından danışdıq, qalıqların qaytarılması böyük amildir, faktiki, bunu sənədə daxil etdik, bunu sənədə sala bildik. Sənədə xeyli yaxşı məsələni sala bildik, çoxları bu qədərini düşünmürdü.

– Pərdə arxasında nə baş verdiyindən bir az danışın, ona ultimatum verdinizmi, ya o, sizə ultimatimtum verdimi?

– Xeyr, ultimatum olmadı. Üç aydır bununla məşğuluq, dövlət katibi Mayk Pompeo daxil olmaqla, müxtəlif təmsilçilərimiz vasitəsilə bununla məşğuluq. Pompeo, həqiqətən, fantastik işlədi. Yəni xeyli vaxt işləmişik və bu gün görüşəndə, dərhal dil tapdıq. Bilirsiz ki, bu, mənim üçün sutkanın 25-ci saatıdır, 25 saatdır yatmıram, çox uzun danışıq oldu və bununla fəxr edirəm. Bununla proses başlanır. Bilirsiz ki, bu, müharibəylə sonuclana bilərdi, milyonlarla adam həyatını itirə bilərdi – Şimali Koreyanı yaxşı tanıyırsız, Seulun 28 milyon əhalisi var, milyonlarla adam həlak olardı, ancaq biz razılaşma əldə edəcəyik.

– Bəs hərbçilərimiz necə olacaq? Cənubi Koreyada qalacaqlarmı?

– Bəli, qalacaqlar. Bunu heç müzakirə etmədik, bu, müzakirə olunmadı. Biz xeyli pula başa gələn hərbi oyunları dayandıracağıq. Harada olduğumuzu bilirsiniz – məncə, birincisi, bu, çox təhrikedicidir. Bunu etmək istəyirəm və məncə, onlar da məmnundurlar, çünki bu onları qıcıqlandırırdı. Tam səmimi danışıq aparanadək bunu etməyəcəyik.

– On illərlə davam edən müharibə təbliğatından sonra Kimi danışıqlar masasına oturmağa nə vadar etdi?

– Əslində, böyük hərbi təbliğat aparıldığını düşünmürəm, məndən əvvəl, onlar əsasən, sükut edirdilər, bu barədə danışmaq istəmirdilər, amma belə olmaz. Məncə, ilkin ritorika çox vacib idi. Səmimi desəm, bunu heç etmək istəmirdim və çoxları da mənim yanlış davrandığımı düşünürdülər. Məncə, elə etməsəydim, indi burda olmazdıq. Onu da düşünürəm ki, o da həqiqətən razılaşma əldə etmək istəyir.

– Amma niyə?

– Çünki bilir ki, biz zarafat etmirik. Məncə, o, keçmişdə bunu hiss etməyib. Məncə, keçmişdə bununla başqaları məşğul olublar və alınmayıb. Ancaq o bilir ki, onunla danışmaq istəyirik, bunu etməliyik və edəcəyik. Biz Şimali Koreya barədə çox sərt danışmışıq. Ancaq bu gün imzaladığımız sənəd adamların düşündüyündən daha böyük və hərtərəflidir. Heç kəs bunun mümkün olacağına inanmırdı.

– Sizcə, o gedəndən sonra haqqınızda nə düşündü?

– Məncə, o, məni bəyəndi, mən də onu. Keçmişdən xəbərim var, bunu yadıma salmağa ehtiyac yoxdur, o, sərt adamdır. O, sərt olamağa məcbur qalıb. Ancaq biz yaxşı dil tapdıq. O ağıllıdır, xalqını, ölkəsini sevir. Çoxlu yaxşı şeylər istəyir və buna görə də danışıq aparırıq.

– Amma onları aclığa məcbur edir, onlarla qəddar davranıb. Yəni, o, xalqını sevir?

– Baxın, o, indiyədək gördüyünü edib. Ancaq mən həqiqətən də bu gün, dünən, iki həftə öncə olanları nəzərdən keçirməliyəm, çünki hər şey o vaxtdan başlayıb. Yenidən, ritorikasız, sanksiyalarsız… Sanksiyalar çox vacibdir və dəyişikliyin baş verdiyini görənədək sanksiyalar qalacaq. Bunu indidən görürük, amma biz nüvə silahlarının ləğvini görənədək sanksiyalar qüvvədə qalacaq.

– “Amerikanın Səsi”-ni Şimali Koreya sakinləri də eşidəcək. Şimali Koreya vətəndaşlarına birbaşa nə demək istərdiniz?

– Sizin qayğınıza qalan lideriniz var. O, onların yaxşılığını istəyir və biz doğrudan da çox yaxşı dil tapdıq. Aramızda qarşılıqlı anlaşma vardı və mənim anlaşmanı, rəğbəti necə dəyərləndirdiyimi bilirsiniz. Bu, çox vacibdir. Bəzi adamlarla qarşılıqlı rəğbət olmayanda alınmır. Ancaq burada ta başlanğıcdan alındı. Bu barədə danışdıq və məncə, Şimali Koreyanı yaxşı gələcək gözləyir.