XƏBƏR LENTİ

11 Dekabr 2018
10 Dekabr 2018

Digər Xəbərlər

13 İyun 2018 - 18:09

Tramp Azərbaycan prezidentinə məktub göndərdi –TAM MƏTN
 ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Strateq.az həmin məktubu təqdim edir:

Hörmətli cənab Prezident,

Ramazan bayramı münasibətilə Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına təbriklərimizi çatdırırıq.

Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə kimi İslam dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini xatırladır.

Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.

Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”.