Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

14 İyun 2018 - 16:23

XİN-dən Ermənistanın BMT-dəki nümayəndəliyinin hərəkətinə cavab:"Saxtakarlıq və üzv dövlətləri aldatma cəhdidir"

Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

XİN-dən Strateq.az-a verilən məlumata görə, Hikmət Hacıyev bildirir ki, cari ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb:

“Bundan əvvəl də Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı. Bu məsələdə də Ermənistanın BMT yanında Nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib. Belə ki, Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu Ermənistan KİV-də qondarma rejimin sənədinin guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyyatdır”.

XİN rəsmisi qeyd edib ki, bununla əlaqədar olaraq 7 İyun tarixində Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə məktub ünvanlanıb: “Elə həmin gün sənəd BMT Təhlükəsizliik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub: “Məktubda BMT-nin TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, orada ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqlənməsi, habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələbləri vurğulanıb.

Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizlənin nəticəsidir.

Məktubda həmçinin, Ermənistan Respublikasının beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb.

Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bu belə olub və gələcəkdə də belə olacaq və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur.

Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinə düşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd olunub”.