XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 İyun 2018 - 20:21

HDP-dən AKP üzvlərinə silahlı hücum: 3 nəfər öldü, 9 yaralı var – Deputatın qardaşı da qətlə yetirildi + FOTOLAR

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda Ərdoğanın lideri olduğu AKP üzvləri ilə HDP-lilər arasında silahlı qarşıdurma baş verib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə AKP-li deputat İbrahim Xəlil Yıldızın da aralarında olduğu bir qrup partiya üzvü Suruçdakı ticarətçilərlə görüşmək istəyərkən baş verib: “Görüş zamanı HDP-li olduqları önə sürülən tapança, bıçaq, dəyənəklərlə silahlanmış bir qrup şəxs AKP-lilərə hücum edib. Nəticədə çıxan davada 12 nəfər yaralanıb. Onlardan 3-ü həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyalarını dəyişiblər”.

Məlumata görə, ölənlərdən biri AKP-li deputat İbrahim Xəlil Yıldızın qardaşı Mehmet Ali Yıldızdır: “Deputatın digər 4 qardaşı da daxil olmaqla, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”.