Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

06 İyul 2018 - 17:24

Hərbi prokurordan Elmar Vəliyevə sui-qəsdlə bağlı ziddiyyətli açıqlama:"Yunis Səfərov ermənidir, Rusiya xüsusi xidmət orqanlarına işləyib"

Baş Prokurorun müavini, Hərbi prokror Xanlar Vəliyev qardaşı Elmar Vəliyevə qarşı sui-qəsd barədə danışıb. Maraqlıdır ki, Xanlar Vəliyevin söylədiklərində bu gün hüquq-mühafizə orqanlarının yaydığı rəsmi açıqlamada yer almış fikirlərdən fərqli məlumatlar da öz əksini tapıb.

Strateq.az xəbər verir ki, Bizimyol.info-ya danışan Xanlar Vəliyev qardaşının səhhətinin yaxşı olduğunuİsrailə aparılması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını  deyib:

“Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşalah, daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlət məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri sırasındadır. Sözsüz ki, bu, ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün! Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”

İşin ilginc tərəfi odur ki, hərbi prokuror Elmar Vəliyevə sui-qəsdin radikal dinçilərin işi olduğunu vurğulamaqla yanaşı, Yunis Səfərovun özünün və anasının erməni olduğunu, Rusiya xüsusi xidmət orqanlarıan işlədiyini qeyd edib: “O adamın özü, anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhumatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın”.

X.Vəliyev sonda qeyd edib: “Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.

Xatırladaq ki, bu gün Baş Prokurorluq və DİN məlum hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Rəsmi açıqlamada isə deyilir:

“… Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır”.