Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

07 İyul 2018 - 12:25

PREZİDENT İKİ GENERALI VƏZİFƏDƏN AZAD ETDİ –Gömrüyün rəhbərliyində növbəti təyinatlar

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri – gömrük xidməti general-leytenantı Nazim Məmmədovla Şahin Bağırov vəzifələrindən azad olunublar.

DGK-dan verilən məlumata görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Qeyd edək ki, bundan öncə İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Bundan başqa, komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov təyin olunub. Bundan öncə o, Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin birinci müavini vəzifəsində çalışıb.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub/Trend.