Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

07 Avqust 2018 - 23:24

“Mənə də əvvəlki ayla müqayisədə kifayət qədər çox məbləğ yazılıb” –Deputatdan "Azərişıq"a etiraz

“Bu məsələni araşdıraraq, işıq pullarının niyə bu qədər çoxaldığını müəyyənləşdirmək mümkündür”.

Bu fikirləri “Azərişıq”ın ötən ay sərf edilmiş elektrik enerjisinə görə abonentlərə göndərilən borc qəbzlərində ödəniləcək məbləğin şişirdildiyinə dair iddialara münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, abonentlərə real enerji sərfiyyatının dəyərindən xeyli artıq borc yazılması vətəndaşlara qarşı soyğunçuluğun bir formasıdır: “Son günlər vətəndaşların bununla bağlı şikayətlərinin artdığını görürük. Çox sayda insan iddia edir ki, onlara göndərilmiş işıq puluna görə ediləcək ödənişin məbləği xeyli şişirdilib.

Eyni zamanda, mənim özümə göndərilmiş qəbzdə göstərilmiş məbləğ də əvvəlki ayla müqayisədə kifayət qədər çoxdur. Baxmayaraq ki, bizdə elektrik enerjisi sərfiyyatı sabit olub.

Abonentlərin deyilən məsələ ilə bağlı şikayətlərinin kütləviliyinə əsaslanıb deyə bilərəm ki, bu, vətəndaşlara qarşı soyğunçuluğun başqa bir formasıdır. Doğrudur, hazırda bunu sübut edən hansısa fakta malik deyilik. Ancaq dediyim kimi, şikayətlərin kütləviliyi məsələyə ciddi yanaşmağı tələb edir. Əlbəttə ki, əgər borc məbləğlərində şişirdilmə varsa, bu məsələ araşdırıla bilər. Fikrimcə, ixtisaslaşmış QHT-lər bu işlə məşğul olaraq, konkret nəticəyə gələ bilərlər”.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə “Azərişıq”ın ötən ay üçün abonentlərə göndərdiyi borc qəbzlərində məbləğin şişirdildiyi haqda şikayətlər geniş yayılıb. Onların arasında bır sıra tanınmış simalar da var/Yenicag.az.