XƏBƏR LENTİ

16 Oktyabr 2018

Digər Xəbərlər

09 Avqust 2018 - 17:14

Lavrov avqustun 13-14-də Türkiyəyə gedəcək –Hansı mövzular müzakirə olunacaq?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 13-14-də Türkiyəyə səfər edəcək.

Bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Səfər çərçivəsində Lavrovun səfirlərin görüşündə çıxış edəcəyi və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacağı planlaşdırılır.

“Rusiya-Türkiyə müzakirələrinin mərkəzində beynəlxalq gündəmin aktual məsələləri – Suriya, Yaxın Şərq, Zaqafraziya, Mərkəzi Asiya, Ukrayna və Qara dəniz regionundakı vəziyyət dayanacaq”, – M.Zaxarova söyləyib/Report.