Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

09 Avqust 2018 - 17:56

“Qara qitə”də baş vermiş qaranlıq hadisə:Martini Orxan Camalın qrupuna kimin calaşdırdığı üzə çıxdı

Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş 3 Rusiya jurnalistini, o cümlədən azərbaycanlı Orxan Camalı özünü “Martin” kimi tanıtmış müəmmalı koordinatorla calaşdıran “Vagnerin ordusu” nun sponsoruna bağlı agentliyin Suriya müxbiri olub. virtualaz.org xəbər verir ki, bu haqda “Meduza” yazır.

Jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Aleksandr Rastorquyev Mərkəzi Afrika Respublikasına “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin fəaliyyətini, habelə şirkətin sponsoru kimi tanınan oliqarx Yevgeni Priqojinin qızıl, almaz biznesini araşdırmaq üçün getmişdi. Onlar iyulun 28-də MAR-ın paytaxtı Banqiyə çatıblar. Ertəsi gün “Vagnerin ordusu”nun bazasına daxil olmağa çalışıblar, amma mümkün olmayıb.

İyulun 30-da onlar MAR-da “Vagnerin ordusu”nun fəaliyyəti və Priqojinin şirkətinin qızıl yatağı barədə çəkiliş aparmağa kömək etməyə razılaşan, özünü BMT missiyasının (MİNUSCO) əməkdaşı kimi qələmə verən Martin adlı əlaqələndirici ilə görüşmək üçün paytaxtdan 400 kilometr məsafədə yerləşən Bambari şəhərinə yollanıblar. Lakin Sibyu şəhərinə çatanda gecə saatlarında yolu dəyişiblər və tamam başqa istiqamətə-Kaqa-Bandoro şəhərinə tərəf gediblər. Və yolda naməlum silahlı qrup tərəfindən öldürülüblər. Hadisədən sonra Martinlə əlaqə yaratmaq mümkün olmayıb, BMT missiyası isə belə adda əməkdaşlarının olmadığını bildirib.

Orxan Camalın qrupunun MAR-a ezamiyyətini dəstəkləyən “Təhqiqatların idarə edilməsi Mərkəzi” (Mixail Xodorkovski maliyyələşdirir) bildirib ki, jurnalistlərə sürücünü məhz Martin təşkil edib. Sürücü hadisədən sağ çıxıb, bir-iki gün Banqidə xəstəxanada saxlanılıb, hazırda yeri məlum deyil.

Məlum olub ki, həmin müəmmalı Martinlə Orxan Camalın qrupunu calaşdıran “Federal Xəbərlər Agentliyi” (FAN) adlı internet-nəşrin müxbiri Kiril Romanovskidir. Romanovski əvvəlcə bildirib ki, Rusiya İstintaq Komitəsinin MAR-da jurnalistlərin qətlini araşdıran istintaq qrupu, habelə öldürülənlərin yaxınları ilə ünsiyyətdə olub. Amma həlak olan jurnalistlərlə və Martinlə ünsiyyəti barədə danışmaq istəmir. O habelə bildirib ki, İstintaq Komitəsinə Martinlə Rastorquyev arasında yazışmanın saxlanıldığı telefonu bərpa etməyə söz verib. Romanovski deyib ki, müstəqil reportyorlar qrupu ilə hadisəni araşdırmaq üçün MAR-a getməyə hazırdır.

Romanovskinin dediyinə görə nə vaxtsa bundan əvvəl Aleksandr Rastorquyev onunla ümumi tanışlardan biri vasitəsilə əlaqə yaradıb və kürd mövzusu ilə maraqlandığını deyib. Romanovski və Rastorquyev görüşüblər, görüşdə başqa jurnalistlər də olub, amma onların arasında nə Orxan Camal, nə Radçenko yox idi. Amma görüş nə vaxt olub, Romanovski bunu demir, “istintaq sirri” ilə əsaslandırır.

Romanovski deyir ki, Suriyada kürdlərin vəziyyəti barədə söhbətdən sonra söhbət “prinsipcə Afrikadan başı çıxan birini tapmaq” barədə gedib. Bu vaxt jurnalist Rastorquyevi və həmkarını BMT-nin Afrika missiyasında işləyən Martinlə calaşdırıb.

“Əvvəlcə Martinin haqqında fikser olaraq mənim tərəfindəm heç bir söhbət getmədi. Sonradan onlar özü Martini fikser kimi müəyyən etdilər və həmin məsələ barədə fəal danışıqlar apardılar. Mən bu yazışmada iştirak etməmişəm”-Romanovski deyib.

Jurnalist bildirib ki, Martin onun tanışıdır və lap çoxdandır görüşmürdülər. Lakin Rastorquyevlə görüş ərəfəsində “təsadüfən” onların təmasları bərpa edilib. Romanovski başqa təfərrüatları danışmaq istəməyib, Martinin familiyasını da unutduğunu deyib.

Ötən il RBC agentliyinin araşdırmasında deyilirdi ki, FAN “trollar fabriki” ilə bağlı saytdır və onu Yevgeni Priqojin maliyyələşdirə bilər. Bu agentliyin Suriyada “Vagnerin ordusu”nun himayəsində işlədiyi haqda məlumatlar var.

Virtualaz.org