XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

08 Sentyabr 2018 - 00:15

Obama sükutu pozdu və Trampı sərt tənqid etdi:“Nə baş verir? Biz sabiq KQB lideri ilə yaxınlıq edirik”

Sabiq ABŞ prezidenti Barak Obama ara seçkilərində demokratlara dəstək məqsədi ilə bu gün yürüşə qatılıb.

Vəzifəsini tərk etdikdən sonra ictimaiyyət arasında az görünən Obamanın mesajı sadə olub: “Səs verməlisiniz. Çünki demokratiyamız sizdən asılıdır”.

Illinois-Urbana universitetində danışan Obamanın çıxışında demokratiyanın əhəmiyyətinə geniş yer verilib. Bu anadək uzun müddət idi ki, sabiq dövlət başçısı xələfi barədə şərh verməmək ənənəsinə sadiq qamışdı, hərçənd ki, Tramp Obamanı tez-tez tənqid atəşinə tutur. Obama deyib ki, Vaşinqtonda mövcud siyasi cərəyan Trampla başlamayıb.

O simptomdur, səbəb deyil. O, yalnız siyasətçilərin illərlə yürütdüyü siyasəti qabardır,” deyə Obama bildirib.

O, Respublikaçıları son 20 ildə parçalanma partiyası olmaqda günahlandırıb. Sabiq dövlət başçısı Respublikaçıların kampaniyaların maliyyələşdirilməsi qanununu ləğv etmək, seçicilərin hüquqlarını məhdudulaşdırmaq cəhdləri Paris iqlim sazişindən çıxmaq qərarını diqqətə çatdırıb. Obama Tramp administrasiyasının Rusiya ilə münasibətlərini, Avropa və digər bölgələrdə müttəfiqləri ilə ənənəvi əlaqərini pozmasını önə çəkib: “Respublikaçılar Partiyasına nə olub? Onun mərkəzi xarici siyasət prinsipi kommunizmə qarşı mübarizə olub, ancaq indi biz sabiq KQB lideri ilə yaxınlıq edirik, seçkilərimizi Rusiya hücumlarından qorumağa yönəlik qanun layihələrinə maneəçilik törədirik? Nə baş verib?” sabiq prezident sual edib.

Obama The New York Times qəzetində Trampın prezidentiliyi ilə bağlı çıxan məqaləyə işarə edərək, Tramp administrasiyası rəsmilərinin prezidentin çox irəliyə getmədiyini göstərməyə çalışdığını deyib. Sabiq dövlət başçısı tələbələri seçki mənətəqələrinə çağıraraq, 2016-cı ildə səsvermə hüququ olan hər 5 gəncdən 1-nin səs verdiyini xatırladıb. Barak Obama gələn həftə Ohayoda qubernatorluğa demokrat namizəd Riçard Kordrey üçün kampaniya aparacaq.

Ayın sonunda onun İllinoisə dönəcəyi və daha sonra Pennsilvaniyada Nümayəndələr Palatası üçün lazım olan 23 yer uğrunda mübarizəyə qatılacağı gözlənilir. (Amerikanın Səsi)