XƏBƏR LENTİ

23 Oktyabr 2018

Digər Xəbərlər

10 Oktyabr 2018 - 20:50

“Kaşıkçının nişanlısını Av Evə dəvət etdim, bu, qorxunc hadisədir” –Trampdan yoxa çıxan jurnalistlə bağlı bəyanat

ABŞ prezidenti Donald Tramp Türkiyədə itkin düşən Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı ilə bağlı növbəti açıqlama verib.

Strateq.az xəbər verir ki, Tramp Camal Kaşıkçının taleyi ilə bağlı  Səudiyyə Ərəbistanın səlahiyyətli şəxsi ilə telefonda müzakirə  apardığını bəyan edib: “Bu gün səudiyəli yetkililərlə söhbət etdim. Camal Kaşıkçının nişanlısını da Av Evə dəvət etdim. Bu, çox təhlükəli, qorxunc hadisədir”.

Qeyd edək ki, “Vaşhinqton Post” yazarı Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.

İşlədiyi qəzetin rəhərliyi onun konsulluqda öldürüldüyünü deyir. Səudiyyə rəsmiəri isə bu iddianı rədd edir. Türkiyə isə bütün gücü ilə hadisəni aydınlaşdırmağa çalışdıqlarını bəyan edib.