XƏBƏR LENTİ

23 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 11:35

Yaqlanddan Rusiyaya açıq xəbərdarlıq:"Pul ödəməsəniz, Avropa Şurasından uzaqlaşdırılacaqsız"

“Əgər Rusiya 2019-cu ilin ortalarına qədər Avropa Şurasının üzlük haqlarını ödəməsə, təşkilatdan qovulacaq”.

Bunu Avropa Şurasının Baş katibi Torbörn Yaqland jurnalistlərə açıqlamasında deyib.

“Nizamnaməyə əsasən, əgər dövlət iki il ərzində ödəniş etmirsə, o zaman 9-cu maddə tətbiq edilir. Rusiyanın ödənişi dayandırmasının iki illiyi iyunda tamam olur. Avropa Şurasına yarımçıq üzvlük qəbuledilməzdir. Biz buna dözümlülük nümayiş etdirməyəcəyik”, – deyə o, bildirib/Axar.az.