XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 21:15

Nurməhəmmədov UFC rəhbərliyini topa tutdu:"Ödəmədiyiniz pul boğazınızda qalsın, amma bilin ki..."

Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov konfederasiyanı müqavilənin şərtlərini pozmaqda ittiham edib.

Dağıstanlı döyüşçü bu barədə öz İnstaqram səhifəsində yazıb:

“Niyə siz onların komandası avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi cəzalandırmadınız? Onlar kimisə öldürə bilərdilər. Niyə kimsə vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması haqda heç nə demir.

Hər iki tərəfə dalaşdığı halda, niyə siz məhz mənim komandamı cəzalandırmalısınız? Əgər siz deyirsinizsə ki, davanı mən başlatmışam, bununla razı deyiləm. Mən sadəcə başlanılanı bitirmişəm.

Kimisə cəzalandırmaq istəyirsinizsə, dostum Zübeyrə Tuxuqovun məsələ ilə heç bir əlaqəsi yoxdur. Dostumun bu durumuna səssiz qalacağımı düşünürsünüzsə, yanılırsınız. Sadəcə Konoru vurduğu üçün Zübeyrənin döyüşlərini təxirə saldınız. Kameraya diqqətlə baxsanız, ilk olaraq Konorun mənim digər dostumu vurduğunu görərsiniz. .

İstəyirəm biləsiniz ki, əgər dostumu oyundan kənarlaşdırsanız, onu deyil, məni itirəcəksiniz. Bizdə qardaşlıq heç vaxt yarı yolda buraxmırlar. Tukuqovu qovsanız, mənim müqaviləmi də pozmağı unutmayın, siz etməsiniz, mən təktərəfli olaraq müqaviləni pozacam.

Sonda bir daha. Mənə ödəmədiyiniz pul sizdə qala bilər. Bu pulu ödəməkdə maraqlı görünmürsüz. Elə edin ki, boğazınızda qalmasın”.

Teleqraf.com