XƏBƏR LENTİ

22 Oktyabr 2018
21 Oktyabr 2018
20 Oktyabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 18:15

Türkiyə amerikalı keşişi azadlığa buraxdı –Ankaradan sanksiyaları yumşaldacaq qərar

 Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxılıb.

İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

E.Bransonun həbsdə olduğu müddət nəzərə alınıb  və o, məhkəmə zalından azadlığa buraxılıb.  Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə E.Bransonu 35 il azadlıqdan məhrum etmə cəzası gözləyirdi. (Report.az)