XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

05 Dekabr 2018 - 23:52

Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşdü –XİN-dən açıqlama + FOTO

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüşüb.

Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat yayıb.

“Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb”, – deyə o, “Twitter” mikrobloqunda yazıb.

Qeyd edək ki, bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Report