XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

08 Yanvar 2019 - 14:47

Hüquq müdafiəçiləri həbsdə olan Mehman Hüseynovla görüşdü –FOTO

 

Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı,  hüquq müdafiəçiləri Sahib Məmmədov və Rauf Zeyni həbsdə olan Mehman Hüseynovla görüşüb.

Strateq.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə onların birgə fotosu paylaşılıb.

Sahib Məmmədov M. Hüseynovun səhhəti və digər məsələlərlə bağlı yazılan şərhlərə cavab verməyib. Sadəcə, yazıb ki, foto bir saat əvvəl çəkilib.

Qeyd edək ki, 10 gündən artıqdır ki, M.Hüseynovun həbsxanada aclıq etdiyi iddia olunurdu.  Penitensiar Xidmət isə bu iddiaları təkzib edən bir neçə açqılama yayıb.