XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

08 Yanvar 2019 - 15:07

ƏRDOĞAN BOLTONLA GÖRÜŞDƏN İMTİNA ETDİ:"Məsləhət bilmədim..."

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinin mili təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonun görüş təklifini qəbul etməyib”.

“Yeniakit” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O bildirib ki, buna səbəb onun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub.

Xatırladaq ki, Con Bolton Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq.

O, Ankarada İbarhim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb. Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etdikdən sonra Con Bolton ölkəsinə qayıdıb/Report

Strateq.az xəbər verir ki, Ərdoğanın özü də Boltonla görüşməməsi barədə suala cavab verib.

Prezident qısaca deyib ki, Boltonla görüşməyi məsləhət bilməyib: “Onunla görüşü uyğun bilmədim”.

Ərdoğan onu da qeyd edib ki, bu gün həm də sıx qrafiki olub.