XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

08 Yanvar 2019 - 17:02

Nazirlik, komitə, fond… –Bu qurumlarda yoxlama aparıldı, materiallar MM-ə göndərildi

Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə Analitik Arayış və Auditor   Hesabatları  müzakirə olunub:

– “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə” mövzusunda  təhlilə dair;

– Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair;

– Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair;

– Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair.

Məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub: “Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb”.