XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

09 Yanvar 2019 - 22:49

SOCAR-la bağlı daha bir xəbər yayıldı:vitse-prezident Mikayıl İsmayılov kənarlaşdırıldı

Azərbaycanın Dövlət Neft Şirkətində (SOCAR) aparılan yoxlamaların nəticəsi olaraq şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun bəzi səlahiyyətləri əlindən alınıb.

Strateq.az-ın xəbərinə görə, bu barədə özünün “Facebook” profilində tanınmış iqtisadçı ekspert Qulu İbrahimli məlumat yayıb.

Q.İbrahimli bununla əlaqədar aşağıdakı fikirləri qələmə alıb:

“Şirkətdə Rövnəq Abdullayevdən də səlahiyyətli şəxs olmuş, kollektivin “Boss” saydığı, bütün maliyyə məsələlərinə baxan vitse-prezident Mikayıl İsmayılov işlərdən faktiki kənarlaşdırılıb, çox mühüm mövqe olan satınalmalar və tikinti üzrə müvafiq komissiyanın rəhbərliyindən çıxarılıb, təchizat işləri yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifova həvalə edilib. Mikayıl İsmayılov yeganə vitse-prezidentdir ki, vəzifəsinin qarşısında hansı sahə üzrə olması göstərilmirdi. Bu əndrəbadilik də öz növbəsində hesabatlılıqdan, şəffaflıqdan, beynəlxalq brenddən dəm vuran şirkətdə korporativ idarəetmənin hansı vəziyyətdə olduğunu göstərir”.

Qulu İbrahimli qeyd edib ki, SOCAR-da vergi yoxlaması aparılması formal görüntüdür: “Əslində həqiqi və ciddi araşdırmanı başqa qurumlar aparır. Rövnəq Abdullayevin yaxın adamı, əvvəl rəhbəri olduğu neft emalı zavodundan yanına gətirdiyi emal üzrə vitse-prezident David Məmmədovun da bəzi səlahiyyətləri əlindən alınıb. Rövnəq Abdullayevin yaxın qohumu, təchizat işlərinə baxan, İstanbulun az qala yarısını almış Mehman adlı şəxs barədə ciddi araşdırmalar aparılır”.

Məlumatlı mənbələrdən Virtualaz.org-a isə məlum olub ki, vergi yoxlaması nəticəsində SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilib. Məlumata görə, Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən kənarlaşdırılıb. Oğurluqların əsas hissəsi məhz bu sahələrə aiddir.

Məlumatlı mənbələr virtualaz.org-a bildiriblər ki, təchizat və satınalma məsələlərinə şirkətin başqa vitse-prezidenti Elşad Nəsirov nəzarət edəcək.

Ancaq əsas səlahiyyətlərini itirməsinə baxmayaraq, M. İsmayılov vəzifələrinin konkret dairəsi məlum olmadan rəsmi vitse-prezident postunu tutmaqda davam edir.