XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 16:00

Poroşenko Türkiyədən 12 ədəd dron aldıqlarını elan etdi:"Bunlar zirehli və dənizdəki hədəfləri də vurmağa qadirdir"

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyədən raket daşıya bilən dron aldıqlarını təsdiqləyib.

Strateq.az xəbər veirr ki, bu barədə o, özünün “Facebook”dakı səhifəsində yazıb.

Prezident bildirib ki, Türkiyə ilə 12 ədəd “Bayraqdar TB2” tipli İnsansız Hava Təyyarəsinin (Dron) satın alınması ilə bağlı saziş imzalanıb: “Bu dronlar yüksək texnoloji üstünlüklərə sahib olmaqla yanaşı, həm də zirehli və dənizdə gücləndirilmiş hədəfləri də vurmağa qadir raketlərlə də təchiz edilə bilir”.