XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

08 Fevral 2019 - 16:31

Azərbaycanlılar Gürcüstan parlamenti qarşısında aksiya keçirdi- VİDEO

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların kütləvi aksiyası keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Aksiya təşkilatçılarından olan Sevinc Hümbətova deyib ki, erməni separatçıya Gürcüstan torpağında büstün qoyulması bu dövlət qarşı da yönəlib: “Biz büstün tezliklə götürülməsini tələb edirik”.

Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: “Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir”.

Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: “Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!”.

Deputat Azər Süleymanov qeyd edib ki, Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır: “Gürcüstan özü də separatizimdən əziyyət çəkir, torpaqlarının 20 faizi işğal olunub. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir”.

Aksiya çıxışlarla davam etdirilir.

Parlamentin önündə Mixail Avakianın büstünün yenilənməsinə qarşı aksiya

Gepostet von Gündəlik – Gürcüstan am Freitag, 8. Februar 2019