XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

08 Fevral 2019 - 18:23

Nazirliklə İcra Hakimiyyətində rəsmi yoxlama aparıldı –Materiallar parlamentə göndərildi

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, eləcə də İqtisaidyyat Nazirliyi yanında “Təmiz Şəhər” ASC-yə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.