XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

07 Mart 2019 - 20:27

“Vəkillər Kollegiyasının icarəyə götürdüyü binanın sahibi kimdir?” –Tanınmış vəkil Anar Bağırova 7 sual ünvanladı

“Adil İsmayılov və partnyorları” vəkil bürosunun vəkili Adil İsmayılovla Vəkillər Kollegiyasının (VK) rəhbərliyi arasında gərginlik böyüyür.

Strateq.az xəbər verir ki, tanınmış vəkil onu maraqlandıran suallarla bağlı Vəkillər Kollegiyasına bu gün rəsmi sorğu göndərib.

Bu barədə “Feysbuk”dakı səhifəsində məlumat yayan Adil İsmalyılov deyib ki, qarşı tərəfin sonuncu bəhanəsini də kəsmək üçün rəsmi qaydada öz adından VK-nın sədri Anar Bağırova aşağıdakı suallarla müraciət edib:

“1. Son 5 ildə VK-ya cəmi nə qədər və hansı mənbələrdən vəsait daxil olmuşdur?

2. Hazırda VK-nın hesabında nə qədər vəsait var?

3. VK-nın sabiq Sədri rəhmətlik Azər Tağıyev istefa verdikdən sonra VK-nın hesabında nə qədər vəsait qalmışdır?

4. VK Rəyasət Heyətinin icarəyə götürdüyü C.Hacıbəyli küçəsi, 100 ünvanında yerləşən ofis binasının sahibi kimdir?

5. Həmin bina üçün VK aylıq nə qədər icarə haqqı ödəyir? İndiyə kimi cəmi nə qədər icarə haqqı ödənilib?

6. Prezidentin məlum Fərmanından sonra dövlət tərəfindən vəkilliyin inkişafı üçün nə qədər vəsait ayrılıb və həmin vəsait hara xərclənib?

7. VK-nın nəzdində olan (?) vəkil qurumlarından hansına, nə qədər vəsait ayrılmışdır?

Ümidvaram ki, sorğuya diqqətlə və qərəzsiz yanaşacaqsınız və qısa müddət ərzində dolğun cavab verəcəksiniz”.