XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 13:20

PA rəsmisindən həmsədrlərin son bəyanatına reaksiya:"...cəhdlər qəbuledilməzdir"

“ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında əks olunan fikirlərin bir qismi Azərbaycanın da mövqeyini əks etdirir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

“Azərbaycan hesab edir ki, bu bəyanat məhz Ermənistana ünvanlanmış bəyanatdır. Həmin bəyanatda bir daha aydın ifadə olunur ki, danışıqlar prosesi ilə bağlı hər hansı şərtin irəli sürülməsi və yaxud danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlər qəbuledilməzdir, danışıqlar olduğu formatda davam etdirilməlidir”.

Trend