XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

14 Mart 2019 - 22:55

ABŞ Konqresinin keçmiş üzvü Trampa rəqib olmağa hazırlaşır:"Müsbət kampaniya aparacağıma söz verirəm"

ABŞ Konqresinin keçmiş üzvü və ABŞ Senatına namizəd Beto Orurk 2020-ci il prezident seçkilərində Demokrat Partiyasından nominasiya almaq üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.

Öz namizədliyini həyat yoldaşı Emi ilə birlikdə video yayımlayaraq açıqlayan Orurk çətinliklərlə üzləşməkdən çəkinməyən müsbət kampaniya aparacağına söz verib.

O, kampaniyasının əsas prioritetləri olaraq ölkədəki səhiyyə və ədliyyə sahəsində islahatların aparılması və uzun illərdir davam edən müharibələrdə ABŞ-ın iştirakına son qoyulması olduğunu bildirib.

Orurk həmçinin iqlim dəyişikliyi və immiqrasiya problemlərinin də diqqətdə saxlanılacağına vəd verib.

ABŞ Konqresinin keçmiş üzvü Beto Orurk 2018-ci ildə Texas ştatından Senata keçirilən seçkilərdə rəqibi Ted Kruza 3 faiz səs fərqi ilə məğlub olmuşdu.

46 yaşlı Orurk 2020-ci il praymerilərin başlamasına bir il qalmış prezidentliyə namizədliyini irəli sürmüş digər demokratların sırasına qoşulub.

Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürmüş digər siyasətçilərə senator Berni Sanders, Elizabet Vorren, Kori Buker, Emi Klobuşar, Kristen Qillibrand və Kamala Harris daxildir/Amerikanınsesi.org.