XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 18:04

Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatı müzakirəyə çıxarılıb.

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edib. Hesabatda Azərbaycanda 2018-ci il ərzində həyata keçirilən işlər barəsində ətraflı məlumat təqdim edilib. Daha sonra deputatlar hesabat haqında fikirlərini bildiribər. Müzakirələrdən sonra N.Məmmədov hər kəsə hesabata münasibət bildirdikləri üçün təşəkkürünü bildirib.

O qeyd edib ki, səsləndirilən təklifər gələcək fəaliyyətdə nəzərə alınacaq.

Baş nazir bildirib ki, dövlətin siyasətinin əsas istiqaməti Azərbaycan vətəndaşlarının ruifahının yüksəldilməsidir. N.Məmmədov qeyd edib ki, bu istiqamətdə Azərbaycanın bütün təsisatları öz səylərini göstərir və Nazirlər Kabineti də bu istiqamətdə öz üzərinə düşən işi yerinə yetirir.

N.Məmmədov vurğulayıb ki, dövlət başçısı bütün məsələlər haqqında məlumatlıdır və bir sıra problemlərin həlli istiqamətində işlər gedir.