XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 15:52

ƏRDOĞAN İSTANBULU İMAMOĞLUNA TƏSLİM ETMƏK İSTƏMİR:hakim partiya təkrar seçki üçün hazırlıqları tamamladı

Prezident Ərdoğanın lideri olduğu hakim AKP İstanbuldakı bələdiyyə seçkilərinin yenidən keçirilməsi üçün rəsmi hazırlıqlarını bitib. 

Strateq.az xəbər verir ki,  bu barədə AKP sədrinin müavini Əli İhsan Yavud “Twitter”dəki səhifəsində açıqlama verib.

O bildirib ki,  hakim partiya fövqəladə etiraz haqqının təmin edilməsi istiqamətində bütün işləri tamamlamaq üzrədir: “”Fövqəladə etiraz haqqımızdan yararlanaraq, İstanbulda seçkilərin təkrarlanmasını istəyəcəyik” demişdik. Artıq  hazırlıqlarımızı demək olar ki, tamamladıq. Çox qısa zamanda ərziə və ona əlavə olunmuş sübutları YSK-ya (MSK) təqdim edəcəyik”.

Xatırladaq ki, martın 31-də İstanbul Şəhər Bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma qalib gəlib. İlkin rəsmi açıqlamaya görə, o, AKP-li rəqibindən 14 min səs civarında üstün olub.