XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 18:39

20 Yanvar hadisələrində əlil olan şəxslərin təqaüdü də qalxdı –Fərman + Məbləğlər

Bu gün Prezident İlham Əliyev daha bir fərman verib.

Strateq.az xəbər verir ki, fərmana əsasən,  “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937) aşağıdakı dəyişikliklər edilib:

1.1. adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.2. preambulada “yetirərkən” sözündən sonra “, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” sözləri əlavə edilsin və “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.3. 1.1-ci – 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1. I dərəcə əlilliyi olan şəxslərə – 250 manat;

1.2. II dərəcə əlilliyi olan şəxslərə – 230 manat;

1.3. III dərəcə əlilliyi olan şəxslərə – 210 manat.”;

1.4. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir;

2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.”.

2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17; 2016, № 1, maddə 65; 2018, № 5, maddə 938) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.