XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 22:28

Özünü güllələyən sabiq dövlət başçısının sensasion məktubu yayıldı:"Düşmənlərimə nifrətimin ifadəsi kimi cəsədimi qoyuram"

Perunun keçmiş prezidenti Alan Qarsianın intihardan əvvəl məktub yazdığı xəbər verilib.

“Reuters” agentliyi bildirir ki, ailəsinin iddiasına görə Qarsia bu məktubda özünü siyasi düşmənlərinin qarşısında alçalmamaqdan ötrü öıdürdüyünü yazıb.

Reuters” bildirir ki, intihar məktubunun Qarsia tərəfindən yazılması müstəqil mənbə tərəfindən hələlik təsdiq edilməsə də, onun qızı Lusiana Qarsia bu məktubu atasının APRA partiyasının keçirdiyi xatirə mərasimində oxuyub: “Mən alçaldılmağıma yol verməyəcəyəm. Mən başqalarının qandallı şəkildə ortalıqda gəzdirilməsinin, miskin bir həyata düçar edildiyinin şahidi olmuşam. Lakin Alan Qarsianın bu ədalətsizliklərin iztirabını çəkməsinə ehtiyac yoxdur”.

Məktubda daha sonra deyilir: “Bu səbəbdən də övladlarıma qərarlarımın ləyaqətliyini qoyub gedirəm. Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”.

Keçmiş prezidentin  məktubunda daha sonra deyilir: “Əksəriyyətin inandığı bu şayiələr və niftrət zəmanəsində…mən bu istintaqlardan həqiqətin üzə çıxarılması üçün yox, adamların alçaldılması üçün istifadə edildiyini çox görmüşəm”.

Bu təhqiqatın aparılmasına sərəncam vermiş Peru prezidenti Martin Vizcarra mərhumun ailəsinə onun üçün keçmiş prezident kimi dövlət dəfninin keçirilməsini təklif edib.

Lakin Qarsia ailəsi Vizcarranın təklifini rədd edib və bildirib ki, keçmiş prezidentin dəfn mərasimində yalnız onun ailə üzvləri və ən yaxın dostları iştirak edəcəklər.

“Reuters” yazır ki, bu məktub “Odebrecht” təhqiqatının Perunun və bütün Latın Amerikasının siyasi həyatında necə dərin bir parçalanma yarandığını nümayiş etdirir.

“Odebrecht” işini aparan Peru prokurorları bildiriblər ki, onlar Qarsianın həbsi üçün əsas verən kifayət qədər dəlil toplaya biliblər. Lakin Qarsia sağlığında ona qarşı ittihamların heç birini qəbul etməyib və istintaqın siyasi motivli olduğunu söyləyib.

Siyasi şərhçilər bildirirlər ki, Qarsianın intiharı Vizcarra hökuməti ilə əksəriyyətini sağ təmayüllü siyasilər təşkil edən parlament arasında qarşıdurmanı daha da gücləndirəcək.

Xatırladaq ki, Qarsia aprelin 17-də polis onu həbs etmək üçün evinə gələndə güllə ilə özünü vurub. O, Braziliyanın “Odebrecht” tikinti şirkətindən rüşvət almaqda ittiham edilirdi və polis onu bu ittihamla bağlı həbs etməliydi.

“Odebrecht” şirkəti bütün Cənubi Amerika boyunca böyük korrupsiya qalmaqalına səbəb olub. Qarsiyadan başqa bu şirkətdən rüşvət almaqda daha üç keçmiş Peru prezidenti ittiham olunur.

Onu da qeyd edək ki, Qarcia intihardan əvvəl ona qarşı ittihamların siyasi qisas olduğunu bəyan etmişdi/Avropa.info.