XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 11:24

Şri-Lankada kilsə və oteldə eyni anda partlayış:160 nəfər öldü, 500-ə yaxın yaralı var - VİDEO

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

Bu barədə yerli “News First” xəbər xidməti məlumat yayıb.

Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb.

Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.

***

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib/Report