XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 11:15

Gömrükdən mal və maşınların keçirilməsi… –Qaydalar yenidən dəyişdi

Baş nazir Novruz Məmmədov “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Strateq.az xəbər verir ki, qərara əsasən, qaydalarda 1. 10-cu hissə ləğv edilib, 2. 13.1-ci bənd isə aşağıdakı redaksiyada verilib:

“13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur”.