XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 14:19

Şri-Lankada insanlara küçələrə çıxma qadağası qoyuldu: “Xalqımızı hədəfə alıblar” –Baş nazir açıqlama yaydı

Bu gün Şri-Lankada kilsə və otellərdə ard-arda 8-ci partlayış da baş verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 200- yaxınlaşıb, yaralı sayı isə 500 nəfəri keçib.

Məlumata görə, hazırda Şri-Lankada fövqəladə rejim tətbiq olunub, xalqa küçələrə çıxma qadağası qoyulub.

İddialara görə, partlayışların çoxu üzərinə bomba bağlamış intiharçılar tərəfindən törədilib.

Sri – Lankanın Baş naziri Ranil Vickremesinge isə “Twitter” hesabından xalqın hədəfə alındığını yazıb: “Bu gün xalqımızın hədəfə alan alçaq hücumları şiddətlə qınayıram. Bütün xalqımızı bu gün birliyə və güclü olmağa dəvət edirəm. Hökumət bu hadisələrin qarşısını almaq üçün bütün qabqalayıcı addımları atır”.