XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 16:52

KILIÇDAROĞLUNA HÜCUM OLDU: CHP liderinə yumruq zərbələri endirildi –AKP-dən ilkin reaksiya + VİDEO

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada şəhidin yas mərasimində gözlənilməz hücuma məruz qalıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfn mərasimində bir qrup şəxs əvvəlcə CHP liderinə qarşı şüarlar səsləndirib.

Daha sonra isə onlar Kılıçdaroğluna hücum çəkiblər və ona yumruq zərbələri endirilib.

Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib.

Hadisəyə polisdən dərhal reaksiya verilib. Polis ərazini mühasirəyə alıb, müvafiq tədbirlər həyata keçirib.

Daha sonra o, evi tərk edib.

Məlumata görə, CHP liderinin səhhətində hər hansı bir problem yoxdur.

AKP-nin İstanbuldan seçilmiş deputatı Mustafa Yeneroğlu hücuma ilk reaksiya verənlərdən olub. O, baş verənləri  şiddətlə qınadığını deyib: “Cənab Kılıçdaroğluna edilən hücumu şiddətlə qınayıram. Kədərli və qəzəbliyəm. Şiddət üslubunun küçələrə daşınması qəbul edilən deyil”.