XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 17:23

Süleyman Soyludan Kılıçdaroğluna edilən hücumla bağlı ilk açıqlama:"Qəbuledilməzdir"

CHP lideri Kamal Kılıçdaroğlunun bu gün şəhid dəfnində yumruqlanmasına Türkiyənin Daxili işlər naziri Süleyman Soyludan reaksiya gəlib.

Strateq.az xəbər verir ki, Soylu bu hücumun qəbuledilməz olduğunu deyib: “Şəhid dəfnində Kılıçdaroğluna edilən hücum, əlbəttə,  qəbuledilməzdir. Hadisə ətraflı araşdırılacaq. Keçmiş olsun. Eyni zamanda, səbr və təmkin tövsiyyə edirəm”.

Xatırladaq ki, Ankarada dəfn mərasimində bir qrup CHP liderinə qarşı şüar səsləndirib, daha sonra isə ona hücum ediblər. CHP lideri polisin qoruması ilə hadisə yerindən çıxarılıb.