XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 18:18

“Onlar bizim kənddən deyillər” –CHP liderinə hücum edən 6 nəfərliik qrupa cinayət işi açıldı

Bu gün Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərdən 6 nəfərinin şəxsiyyəti müəyyənləşdirilib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara prokurorluğu Kılıçdaroğluna hucumla bağlı “Terror və mütəşəkkil hücum” maddəsi ilə cinayət işi açıb: “İstintaq hücum edənlərdən 6 nəfərinin şəxsiyyətini müəyyənləşdirib”.

Bildirilib ki, onların hər biri həbs ediləcək.

Hadisənin baş verdiyi kəndin sakinləri isə hücum edənlərin bu kənddən deyil, kənardan gələnlərin olduğunu deyiblər: “Onlar bizim kənddən deyillər. Bu, təxribat idi. Bura bir şəhid evidir, şəhidə dua ediləcək, hörmət olunacaq. Yazıq deyilmi?“.

CHP-li  Levent Gök isə deyib ki, Kılıçdaroğlu hücumla bağlı açıqlama verəcək.

Xatırladaq ki, hadisənin baş verdiyi ərazidən CHP lideri təhlükəsizlik qüvvələrinin köməyi ilə zirehli maşında çıxarılıb.