XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 21:34

Ukraynada seçki: Zelenski 73 faizlə ölkənin başçısı seçilib – "Exit poll"un nəticələri açıqlandı

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli “exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. “Exit poll”un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenkoseçicilərin 25,3 faizinin səsini toplayıb.

Vladimir Zelenski milli “exit poll”un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.

O, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

“Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür”, – deyə o, öz qərargahında çıxış edərkən bildirib.

Zelenski həmçinin “Kvartal 95”-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib/Report.