XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 22:56

CHP liderinin sığındığı evin sahibi danışdı:"Kamal bəy içəri girən kimi su istədi, 2 saat sonra isə polis və nazirlər gəldi və..."

Bu gün Ankaranın Çubuk rayonundakı şəhid dəfnində hücuma məruz qalan CHP lideri Kamal Kılçdaroğlunun sonradan sığındığı evin sahibi danışıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev sahibi Rahim Doruk CHP liderinin evində yaşadığı məşəqqətli anları anladıb.

O deyib ki, hadisə zamanı böyük bir qrup onun evinə doğru axın edib: “Bu zaman biri mənə dedi ki, Kamal Kılıçdaroğlu evimə girmək istəyir. Bu əsnada, daha dəqiqi, evimin önündə itələşəmə yaşandı. Kılıçdaroğlunun orada olduğunu görmədim. O an mən evimin qapısı önünə qədər sıxışdırıldım. Həyat yoldaşım qorxudan qapını kilidləmişdi. Ona qapını açması üçün yalvardım. Çünki arxadan yüklənən qrup vardı, onlar məni də sıxırdı.  Mən o ana qədər Kamal Kılıçdaroğlunu görmürdüm. Daha sonra həyat yoldaşım qapını açdı, biz içəri girdik”.

Ev sahibi deyib ki, həmin an evə daxil olan Kamal Kılıçdaroğlu “qonağınız olmaq məcburiyyətində qaldıq, üzrlü sayın” deyib: “Onun evimə sığınacağını yuxumda belə görməzdim. Kamal bəy sonra həyat yoldaşımdan su istədi, xanımım da verdi.  Təxminən 2 saat içəridə oturduq. Daha sonra jandarma gəldi. Onlardan sonra polis müdiri gəldi. Kamal bəy onları görəndən sonra rahatladı. Kamal bəy də hər hansı bir xəsarət görmədim”.

Ev sahibi daha sonra bildirib ki, bu hadisədən çox təsirlənib: “Daha sonra nazirlərimiz gəldi. Onlar da Kılıçdaroğlu ilə görüşdü. Kılıçdaroğlunun həyat yoldaşı da zəng etdi. Ondan sonra Kamal bəyi evdən çıxardılar”.

Doruk deyib ki, onlar doğru olanı ediblər: “Adətimizdə qonağı qapıdan geri qaytarmazlar. Biz doğru olanı etdik. İnsanlar bilməsə də, Rəbbim bilir. Şəhid bizim şəhiddir. Bir az sakitlik, anlayış və mehriban olmanı rica edirəm”.