XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

14 May 2019 - 13:36

PA-dan ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜNƏ ŞƏRH:"Danışıqlar formatı dəyişməzdir, tərəflər Ermənistan və Azərbaycandır"

Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub.

Bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.

N.Paşinyanın açıqlamasına gəldikdə isə, Administrasiya rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir: “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münaqişənin həllində irəliləyiş və bölgədə sülh təmin oluna bilər. Danışıqların formatına gəlincə isə, münaqişənin iki tərəfi vardır ki, bu da Ermənistan və Azərbaycandır”. /Trend