XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

21 May 2019 - 16:51

BŞİH-dən mərkəzi küçələrə qadağa xəbərinə sərt reaksiya:"Belə məlumatlar təxribat xarakteri daşıyır"

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Strateq.az-a bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib: “Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir. Əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.