XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

21 May 2019 - 18:45

Ukraynada sensasion hadisə:Poroşenkoya Rusiya ilə bağlı cinayət işi açıldı

Ukrayna Dövlət İstintaq Bürosu ölkənin sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açıb.

TASS xəbər verir ki, o, ötən il noyabrın 25-də Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işi üzrə ittiham olunur.

Bildirilib ki, hakimiyyət orqanlarında yüksək vəzifələr tutan şəxslərin dövlət xəyanəti, Konstitusiya quruluşunu zorla dəyişdirilməsi və ya devrilməsi, hakimiyyət və ya xidməti səlahiyyətləri həddini aşma maddələrində nəzərdə tutulan əməlləri törətmələri ehtimalı ilə bağlı təhqiqata başlanılıb/Report.