XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 11:41

Rəsmi Ankara geri çəkildi:"Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”

“Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”.

“News.ru” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvlərindən biri bildirib.

“ABŞ-ın strateji müttəfiqi olaraq biz İrana qarşı sanksiyanı poza bilmərik”,– nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü vurğulayıb.

Bildirilib ki, nümayəndə heyəti ABŞ-la Türkiyə arasında böhranı həll etmək məsqədi ilə Vaşinqtonan səfər edib. Onlar artıq Prezident Donald Trampla görüşüblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İrandan təbii qaz almasına icazə verdiyi 8 ölkədən biri də Türkiyə idi. Ancaq mayın 2-dən bu möhlət başa çatıb/Report.