XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

23 May 2019 - 13:57

Qarabağdan olan “generallar” Paşinyanı devirməyə and içdi –Toplantı

Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər.

Bunu “Jamanak” yazıb.

“Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan “generallar” bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini”) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. 

Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur) da iştirak edib”, – yazıda qeyd olunub/Report.