XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 17:27

Rəsmi Tbilisidən Azərbaycanın “Keşikçidağ”ına hərbi texnika yeritməsi xəbərinə reaksiya:"Emosional çıxışlar etməyin..."

“Bir daha hər kəsi Keşikçi Dağı ilə bağlı emosional çıxışlardan çəkinməyə çağırıram”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

O, məbəd kompleksi yaxınlığında Azərbaycan tərəfdə texnikanın cəlb olunması haqqında məlumatlı olmadığını bildirib.

XİN başçısı bu barədə mediadan informasiya əldə etdiyini deyib: “Bildiyiniz kimi delimitasiya komissiyasının Bakıda ilk iclası keçirilir. Bütün informasiyalar komissiya çərçivəsində yoxlanılacaq. Həssas mövzu ilə bağlı bütün məsələlər komissiyada nəzərdən keçirilir”.

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri Keşikçi Dağ Məbəd-Kompleksi yaxınlığında Azərbaycan tərəfinin texnika cəlb etdiyi barədə əsassız məlumat yayıblar/Report.